Neglected femoral neck fracture in adolescent

Giriş

          Bud sümüyü boynunun sınıqları uşaqlarda rastlanan sınıqların 1% -ni təşkil edir. Bud sümüyünün sümükləşməsi bətndaxili periodun 7-ci həftəsində başlayır. Bud sümüyünün başı qızlarda postnatal 4, oğlanlarda 5-ci ayında sümükləşməyə başlayır. Proksimal femur və troxanter fizisin sümükləşməsi qızlarda 14, oğlanlarda 16 yaşında qurtarır. Fizisi zəif olan uşaqlarda bu nahiyyədən ayrılmalar rastlanır. Bud sümüyü boynunun vaskulyarizasiyasını a.circumflexa femoris medialis və 20%-ni a.capitis femoris təmin edir. Uşaqlardakı bud sümüyünün boynun sınıqları daha çox yüksək enerjili travmalar nəticəsində yaranır. Xüsusən avtomobil qəzaları və yüksək hündürlükdən yıxılmalar əsas səbədir. Bəsit travmalar nəticəsində yaranan sınıqlarda çox hallarda yanaşı gedən digər xəstəliklər miyelodisplastik sindromlar, osteogenezis imperfekta, sümük kistləri kimi xəstəliklər əsas rol oynayır. Travmadan sonra qasıq nahiyyəsində ağrı və hərəkət məhdudluğu ilə müraciət edən xəstələrdə diferensial diaqnostika üçün sinovit, hemartroz, femur başı epifizinin sürüşməsi, stress sınıqları inkar edilməlidir. Diaqnostikada fiziki müayinədən sonra instrumental müayinədə aparılmalıdır. Rentgen müayinəsi ilə çox hallarda diaqnoz qoyulur. Çətinlik yaranırsa komputer tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya ilə diaqnoz dəqiqləşdirilir. Uşaqlarda bud sümüyünün boynunun sınıqları Delbet-Colonna təsnifatı ilə sınıq xəttini anatomik lokalizasiyasına görə təsnif edilir:Tip I: Transphyseal, Tip II: Transcervical, Tip III: Basocervical, Tip IV: Intertrochanteric.  

Tip l və Tip ll sınıqların proqnozu daha pisdir. Ən çox rastlanan ağırlaşması isə femur başı avaskulyar nekrozudur. 20-30% hallarda coxa vara ağırlaşmasına rastlanır. Erkən fizis qapanması və psevdo artroz digər ağırlaşmalar arasındadır.

Femoral neck fractures are rare in children; they consist only less than 1% of all pediatric fractures, which require high-energy trauma to occur, and therefore usually associated with additional injuries. Early Anatomical reduction and internal fixation in Delbet Type 2 fractures is recommended in literature to avoid complications in a growing child like avascular necrosis, coxavara, non-union and chondrlysis.

Müalicədə çüxtəlif metodlar tətbiq edilir. Sınığın tipinə görə müalicə metodları da dəyişir. Qapalı reduksiya, hematomanın aspirasiyası, traksiya və pelvipedal gipslə immobilizasiya kimi konservativ metodlarla yanaşı açıq reduksiya internal fiksasiya da mürəkkəb sınıqlarda seçilən müalicə üsullarıdır.
Ağırlaşmaları azaltmaq məqsədilə yerdəyişmiş sınıqlarda ilk 24 saat içərisində hematoma boşaldılmalı və uyğun fiksasiya edilməlidir. Təqdim edilən xəstəmizə də üzərindən uzun müddət keçməsinə baxmayaraq qısalıq, hərəkət məhdudluğu və sınıq xəttinin birləşmə geçikməsi səbəbilə əməliyyat edilmişdir.

Açar sözlər: uşaq bud sümüyü boyun sınığı, fibula qrefti, osteosintez

                                                                                                                                   Təqdimat 

           15 yaşında qadın xəstə, 8 ay əvvəl evdə yıxılma səbəbi ilə qasıq və diz nahiyyəsində ağrı meydana gəlmişdir daha sonra valideynləri tərəfindən xəstəxanaya təcili yardıma müraciət etmişdir. Aparılan fiziki və instrumental müayinələr nəticəsində konservativ müalicə başlanılmışdır. 8 ay yataq istirahəti və konservativ müalicəyə rəğmən keçməyən ağrı, qısalıq və hərəkət məhdudluğu səbəbilə tərəfimizə müraciət etmişdir. Fiziki müayinəsində sağ aşağı ətrafda 3.5 sm qısalıq və bayır rotasiya, bud-çanaq oynağında hərəkət məhdudıuğu müşahidə edildi. Xəstə eyni zamanda uşaq serebral iflici diaqnozu ilə nevroloji və reablitasiya müalicəsi alırdı. Aparılan instrumental müayinələrin (rentenoloji və maqnit rezonans tomoqrafiya) nəticəsinə görə Delbet tip 2 bud sümüyü boynunun sınığı diaqnozu qoyulmuşdur (şəkil 1A). Xəstəyə əməliyyat planlanmışdır. Əməliyyat planında proksimal bud sümüyünə lateral yanaşma ilə ekstrakapsulyar olaraq subtroxanterik anqulasion oteotomiyası edilərək, fibula autoqrefti bud sümüyünün boynuna yerləşdirilmişdir və proksimal femoral lövhə ilə osteosintez edilmişdir. Pelvipedal gips qoyulmuşdur. Əməliyyatdan 6 həftə sonra rentgenoloji birləşmə toxuması (kallus) görülmüş və parsial yükvermə ilə mobilizasiya başlanılmışdır (şəkil 1B). 10 gün sonra tam
yükvermə bərpa edilmişdir.
                    

Şəkil 1.

    1)     

 

     2)     

           

 

A) Preoperativ instrumental müayinə görüntüləri: 1-Preoperativ rentgenlər, 2-Preoperativ maqnit rezonans tomoqrafiya

 

  

B) Postoperativ instrumental müayinə görüntüləri

 

                                                                                                                                    Nəticə

       Uşaqlarda bud sümüyünün boynunun sınıqları nadir olmasına baxmayaraq alqoritmik yanaşma tələb edir. Doğru diaqnozu və müalicəsi aparılmayan xəstələrin əmək qabiliyyətinin itirilməsi və əlilliklə nəticələnir. Cərrahi müalicə edilməsinə baxmayaraq bud sümüyünün başının avaskulyar nekrozu actual problemdir. Bu ağırlaşmanın nisbətən də olsa qarşısını almaq üçün travmadansonra ilk 24 saat içərisində müdaxilə etmək əsas şərt hesab olunur.

                                                                                                                                Ədəbiyyat

1.Baytok G, Tan İ, Bayram H, Gülşen M, Koca C: Çocuk Femur Boyun Kırıklarında Kaynama Gecikmesi ve Kaynamama. Acta OrthopTraum Turc 1990; 24: 67-9

2.Ratliff AHC. Fractures of the neck of the femur in children.OrthopClin N Am 1974;5:903-24

3.Durbin FC. Avascular necrosis complicating undisplaced fractures of the neck of femur in children. J Bone Joint Surg 1959;41B:758-62.

4.Cheng JC, Tang N. Decompression and stable internal fixation of femoral neck fractures in children can affect the outcome. J PediatrOrthop 1999;19:338-43.

5.Hahn MP, Rattliff AHC. Fractures of the neck of femur in children J Bone Joint Surg Br 1962;44: 528-42.

6.Pforringer W, Rosemeyer B. Fractures of the hip in children and adolescents. Acta Orthop Scand 1980; 51:91-108.

 

 

Şəhriyar Fətullayev, Vüqar Quliyev