“Hərbi Cərrahlar” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 26 oktyabr 2018 il tarixdə qeydiyatdan keçmişdir
Birliyin əsas məqsədi tibb elminin hərbi cərrahiyyə sahəsinin və ümumilikdə hərbi tibbin inkişafına kömək etmək, bu sahədə çalışan mütəxəssislərə dəstək olmaqdan ibarətdir.
Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- səhiyyənin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
- tibb elminin müasir cərrahiyyə, hərbi-səhra cərrahiyyəsi sahəsinin inkişafına kömək etmək;
- Azərbaycanın hərbi cərrahiyyə və hərbi tibb sahəsində çalışan mütəxəssisləri arasında əlaqələrin yaranmasına və inkişaf etməsinə kömək etmək, onların səylərinin birləşdirilməsinə yardım göstərmək;
- hərbi cərrahiyyə sahəsində elmi-tədqiqat işləri aparmaq;
- hərbi cərrahiyyə sahəsində çalışan istedadlı hərbi tibb xadimlərinin, elmi-pedaqoji işçilərin, tələbələrin inkişaf etmələrinə yardım göstərmək;
- ölkədə və xaricdə hərbi tibb sahəsində həyata keçirilən tədbirlərdə iştirak etmək;
- tibb sahəsində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsində iştirak etmək;
- xəstəliklərin profilaktikası məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq;
- aztəminatlı xəstələrə müalicələrində köməklik göstərmək.
.”Hərbi Cərrahlar” İctimayi Birliyi –nin saytı pasiyentlər üçün də açıqdır.
* Pasiyentlərə hər zaman doğru və dürüst izahatlı cavablar vermək
- Profilaktik tədbirlərin vacibliyini izah etmək
- Xəstəliyin müalicə variantları haqqında məlumatlandırmaq
- Yeni müalicə üsülları barədə məlumat vermək
- Mütəxəssis seçimində məsləhət görmək
- Müalicə üçün lazımı sənədlərin toplanmasinda dəstək olmaq
- Insan həyatı üçün təhlükəli hallarda təcili yardım məsləhəti vermək
* Online məsləhət vermək .”Hərbi cərrahlar birliyi”nin məqsədlərindən biridir.
Bundan əlavə
- xarici dövlətlərdə fəaliyyət göstərən aidiyyəti qeyri-hökumət təşkilatları ilə əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir,
- elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə və sair tədbirlər keçirir,
- Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir.