Nizamnamə

“Azərbaycan Hərbi Cərrahlar Birliyi”
 ictimai birliyinin nizamnaməsi


1.    ÜMUMİ MÜDDƏALAR


1.1. “Azərbaycan Hərbi Cərrahlar Birliyi” ictimai birliyi (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq barabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondları) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.3. Birlik dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
1.4. Birliyin ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, F. Khoysky, 99, AZ1072

2.    BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ


2.1. Birliyin əsas məqsədi tibb elminin hərbi cərrahiyyə sahəsinin inkişafına kömək etmək, bu sahədə çalışan mütəxəssislərə dəstək olmaqdan ibarətdir.  
2.2. Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
•    səhiyyənin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək; 
•    tibb elminin müasir cərrahiyyə, hərbi-səhra cərrahiyyəsi sahəsinin inkişafına kömək etmək;
•    Azərbaycanın hərbi cərrahiyyə sahəsində çalışan mütəxəssisləri arasında əlaqələrin yaranmasına və inkişaf etməsinə kömək etmək, onların səylərinin birləşdirilməsinə yardım göstərmək;
•    hərbi cərrahiyyə sahəsində elmi-tədqiqat işləri aparmaq;
•    hərbi cərrahiyyə sahəsində çalışan istedadlı tibb xadimlərinin, elmi-pedaqoji işçilərin, tələbələrin inkişaf etmələrinə yardım göstərmək;
•    ölkədə və xaricdə hərbi cərrahiyyə sahəsində həyata keçirilən tədbirlərdə iştirak etmək;
•    tibb sahəsində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsində iştirak etmək; 
•    xəstəliklərin profilaktikası məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq;
•    aztəminatlı xəstələrə müalicələrində köməklik göstərmək.” 
2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik
•    xarici dövlətlərdə fəaliyyət göstərən aidiyyəti qeyri-hökumət təşkilatları ilə əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir,
•    elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə və sair tədbirlər keçirir,
•    Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir.
2.4. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.

 

3.    BİRLİYİN HÜQUQLARI


Birlik aşagıdakı hüquqlara malikdir:
•    öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək,
•    fəaliyyəti barədə məlumatı sərbəst yaymaq,
•    Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək,
•    müxtəlif  beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq,
•    banklarda hesab açmaq və hesablaşmalar aparmaq,
•    müstəqil balansa, üzərində adı yazılmış möhürə və digər rekvizitlərə malik olmaq,
•    qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqasədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,
•    Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

 

4.    BİRLİYİN ƏMLAK VƏ MALİYYƏ FƏALİYYƏTİ


4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbəələri aşağıdakılardır:
•    təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları,
•    idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri,
•    səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər,
•    öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər,
•    qrantlar,
•    sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər,
•    təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər,
•    qanunvericilikdə qadağan olunmamış digər madaxillər.
4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.
4.9. Birliyin birinci maliyyə ili dövlət qeydiyyatına alınma tarixindən başlayır və həmin ilin dekabr ayının 31-də tamamlanır. Növbəti maliyyə illəri 1 yanvardan dekabr ayının 31-dək olan dövrü əhatə edir.

 

5.    BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ. ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
5.2. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. Təsisçilər və üzvlər bərabər hüquqlara malikdirlər.
5.3. Birliyin nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərməyə hazır olan hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.
5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə heyəti tərəfindən aparılır.
5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə mübət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər.
•    bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək,
•    Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq,
•    Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək, 
•    Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək,
•    öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək,
•    onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək. Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
•    Birliyin Nizamnaməsinə əməl etmək,
•    Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək,
•    Nizamnamə tələblərinə riayət etmək,
•    Birliyin tədbirlərində iştirak etmək.
5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə heyəti tərəfindən müəyyən edilir.
5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
•    könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda,
•    Birliyinin üzvlüyündən çıxarıldıqda.
5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
•    Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə,
•    mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda,
•    Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.12. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. 

 

6.    BİRLİYİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI 

 

6.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.
6.2. Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.3. Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında ilk dəfə əvvə məlumat verilməlidir.
6.4. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:
•    Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi,
•    Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi,
•    Birliyin icra orqanlarının yaradılması və onlıarın səlahiyyətinin vaxtından əvvəl dayandırılması,
•    illik hesabatın təsdiq edilməsi,
•    başqa təşkilatlarda iştirak,
•    Birliyin yenidən təşkili və ləğv edilməsi,
•    Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi,
•    Birliyin fəaliyyəti ilə bağlı hər hansı məsələyə dair qərar qəbul olunması. 
6.5. Ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. 
6.6. Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə heyəti həyata keçirir.
6.8. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə heyətidir. İdarə heyətinin üzvlərinin sayı Ümumi yığıncaq tərəfindən müəyyən edilir. 
6.9. İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
•    Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir,
•    Təkliflər və layihələr irəli sürür, 
•    Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır,
•    Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
6.10. İdarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.11. Birliyin Sədri, onun müavinləri və İdarə heyətinin digər üzvləri Birliyin Ümumi yığıncağı tərəfindən 3 (üç) il müddətinə seçilir.
6.12. Sədr:
•    İdarə heyətinə rəhbərlik edir,
•    Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir.
•    Ümumi yığıncağın və İdarə heyətinin qərarlarının icrasını təşkil edir,
•    Ümumi yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.13. Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi yığıncaq tərəfindən müəyyən edilir. NTK-nin saləhiyyət müddəti 3 (üç) ildir.
NTK-nin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

 

7.    BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ


7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ondan keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir. 

 

8.    DİGƏR ŞƏRTLƏR


8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddəyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir.