İşlənmiş qoruyucu vasitələrin(maska, əlcək) düzgün utilləşdirilməsi
İnfeksion xəstəliklərdə istifadə olunmuş qoruyucu vasitələrin utilləşdirilməsi - onların zərərsizləşdirilməsi və yaxud yenidən dezinfeksiya edilib istifadəyə yararlı vəziyyətə salınması deməkdir
COVİD-19 və eləcə də digər infeksion xəstəliklərdə istifadə olunan qoruyucu vasitələr
1)Maska- xüsusilə tənəffüs infeksiyalarında hava-damcı yolu ilə keçən mikrobların ağız və buruna təmas etməsinin qarşısını alır
2)Əlcək- infeksiyanın təmas yolu ilə keçməsinin qarşısını alır
3)Xüsusi kombinezon geyimləri infeksiyanın bütün bədən səthinə təmasının qarşısını almaq üçün istifadə olunur
4)Qoruyucu gözlüklər- sadəcə maska və əlcəklər infeksiyadan qorunmaq üçün yetərli deyil. Çünki mikroblar gözlərə də təmas edərək oradan gözyaşı kanalı ilə buruna keçib xəstəlik törədə bilər. Buna görə də qoruyucu gözlüklərdən də istifadə etmək lazımdır
Tibbi maskaların utilləşdirilməsi
•Respirator tipli N95 maskalarında filtr olduğuna görə mikrobların 95% tənəffüs yollarına keçməsinin qarşısını alır. 3 gündən artıq istifadə oluna bilməz. Respirator maskaları çıxardıqdan sonra onu evə aparmaq olmaz və ya xəstəxana şəraitində xüsusi vasitələrlə dezinfeksiya etmək lazımdır
Məsələn
•Mikrodalğalı sobada 70.0 C temperaturda
30 dəq saxlanılmaqla
•Ultrabənövşəyi şüalarla(254 nm) 30 dəq müddətində dezinfeksiya edilməsi
•İsti su buxarı ilə 10 dəq zərərsizləşdirmə
•Qatı spirt və xlor məhlulu ilə dezinfeksiya etmək
•Qoruyucu gözlüklər istifadədən sonra qatı spirt məhlulu ilə dezinfeksiya edilməlidir
Lateks və Vinil əlcəklər
•Lateks. Ən çox kauçuk bitkisindən əldə edilir , kauçuk hava ilə təmasda qatılaşmaq xüsusiyyətinə malikdir. Məhz bu xüsusiyyətinə görə lateksdən daha çox əlcək istehsalında istifadə olunur
•Vinil əlcəklər polivinilxlordandər. və lateksə qarşı allergiyası olan şəxslər üçün nəzərdə tutulub Lateks , vinil əlcəklər və xüsusi kombinezonlar birdəfəlik istifadə üçün nəzərdə tutulub