Qoruyucu vasitələrin (maska, əlcək, antiseptik məhlullar) növləri və düzgün istifadə qaydaları.
Tibbi maskalardan düzgün istifadə qaydaları.
*Maska taxılaraq, üst tərəfindəki metal lent üzərinə yüngülcə basılaraq yerləşdirilir.Maska burun,ağız və çənəni tamamilə örtəcək, kənarlarından hava keçməsinə imkan verilməyəcək şəkildə taxılır.
Əhali üçün apteklərdə satılan maskalar 8 saatdan bir dəyişdirilməlidir.
*Bu tip maskalar çıxarıldıqdan sonra hava alabilən kağız torba və ya kağız dəsmala bükülərək təmiz bir yerdə saxlamaq şərti ilə 5 dəfədən çox olmayaraq təkrar istifadə edilə bilər.
*Parça maskanı istifadə etdikdən sonra isti suda sabun və yuyucu vasitə ilə gündə ən azı bir dəfə yuyulmalıdır.Çirkli və ya nəm maskadan istifadə etməyin!
*Maskanı, əsasən, asqıran və ya öskürən şəxslər olmaqla hərkəsin taxması tövsiyə olunur.
*Maksimal müddət İstifadə olunan maska dərhal zibil qutusuna atılmalıdır.
Tibbi əlcəkdən düzgün istifadə qaydaları
Əllərin gigiyenasının aparılmasına dair göstəriş əlcəklərin istifadəsini tələb edən təmasdan sonra olduqda, əllərin gigiyenası (antiseptiklə işlənmə və ya sabunla yuma) əlcəklər çıxarıldıqdan sonra aparılmalı, və ya onlar sabunla yuyulmalıdır..
Əlcəklərin növləri: lateks,vinil,nitrildir. Nitril və vinil növ əlcəklər lateks protein allergiyası olan şəxslər üçün daha təhlükəsiz olmaqla yanaşı ,cırılmaya qarşı daha davamlıdır.Bununla yanaşı əlcəkləri əllərinizə uyğun olaraq XS,S,M,L,XL ölçülərində istifadə edə bilərsiniz.
Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:
*Özünüzü və ətrafınızdakıları Covid-19 virusundan qorumaq üçün mütəmadi olaraq toxunduğunuz əşyaları və səthləri dezinfeksiya edin.
*İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır.
*Heç bir halda bədəninizə ağardıcı və ya başqa bir dezinfektant püskürtməyin və ya içməyin.Bu maddələr içilərsə zəhərli ola bilər, dərinizdə və gözlərinizdə zədələnməyə , və ölümə səbəb ola bilər !
Xlor(camaşır suyu) və digər dezinfektantları uşaqların əllərinin çatmadığı yerlərdə saxlayın
*Əllərinizi gözlərinizə,ağzınıza,burnunuza toxundurmayın.